28 Oktyabr 2022 11:58
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

MDB-yə üzv dövlətlərin hökumət başçılarının növbəti iclası 2023-cü il iyunun 2-də Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin başçısı Sergey Lebedev bildirib.

Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrlik Qırğız Respublikasına keçir.

***

09:29

Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Hökumət Başçıları Şurasının iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, məlumatı “Sputnik Kazaxıstan” yayıb.

Bildirilib ki, iclasda 10-dan çox sənədin qəbul ediləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, MDB Hökumət Başçıları Şurasının iclası 1991-ci ildən etibarən keçirilir. Budəfəki iclas sayca 80-cidir. Qurumun sonuncu toplantısı bu ilin mayında videokonfrans formatında baş tutub.

Xatırladaq ki, hazırda MDB-yə Qazaxıstan sədrlik edir. 2023-cü ildən isə sədrlik Qırğız Respublikasına keçəcək. Qazaxıstan və Rusiya isə həmsədr olacaq.

İclasda Azərbaycanı Baş nazir Əli Əsədov təmsil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər