15 Noyabr 2022 19:13
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amaras monastırının ermənilərlə heç bir bağlılığı və əlaqəsi yoxdur. Bu, Qarabağ ərazisində olan ən qədim alban kilsələrindən biridir. Sadəcə olaraq işğal dövründə ermənilər bu kilsəni də saxtalaşdırıblar. İndi də çalışırlar ki, tarixi Azərbaycan ərazilərində olan Qafqaz Albaniyası dövrünə aid dini, tarixi abidələri öz adlarına çıxsınlar.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, Amaras monastırı Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövrünə aiddir: “Bu, əslində Ermənistanın Azərbaycana qarşı növbəti bir təxribatıdır. Onlar yenə də çalışırlar ki, əvvəlki dövrlərdəki təxribatlarını ardıcıl şəkildə davam etdirsin. Əslində rus sülhməramlıları da bu məsələdə daha diqqətli olmalıdır. Çünki bu dini, tarixi abidələrin Ermənistanla və ermənilərlə heç bir əlaqəsi, bağlılığı yoxdur. Birmənalı şəkildə Amaras monastırı Azərbaycana aid qədim alban kilsəsidir”.

Qeyd edək ki, rus sülhməramlılarının müşayiəti ilə ermənilər Qarabağda, təmas xəttinin yaxınlığında yerləşən qədim Amaras monastır kompleksini ziyarət ediblər. Bununla bağlı yayılan informasiyalarda həmin abidənin tarixi, Azərbaycan əraziləri ilə bağlı ciddi səhvə və təxribata yol verilib. İddiada “orta əsrlərdə mövcud olmuş Ermənistan”, “Dağlıq Qarabağ və burada mövcud olan Martuni rayonu”ndan dan bəhs olunub.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər