“Etimadnaməmin surətini təqdim etməkdən məmnun oldum”.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Twitter“ hesabında paylaşıb.
“Fransa Xarici İşlər Nazirliyinin Dövlət Protokolu və Diplomatik Protokol Xidmətinin direktor müavini cənab Bruno Bissona isti qarşılanmaya görə təşəkkür etmək istərdim. Səmimi qarşılama üçün təşəkkür edirik, Cənab Bruno Bissona”, - deyə paylaşımda bildirilib.