26 Noyabr 2022 11:01
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan xalqına və ölkəsinin digər dostlarına təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, diplomat bunu feysbukda yazıb.

“Təmiz Ürək” xeyriyyə fondumuzun komandası işğal olunmuş ərazilərdəki müdafiəçilərimiz və mülki əhalimiz üçün 40 tondan artıq ərzaq məhsulları, geyim, gigiyena ləvazimatları, həmçinin Xarkov vilayətinə generatorlar göndərib”, - o bildirib.


Müəllif: Teleqraf.com