26 Dekabr 2022 00:06
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldonun siyasi sanksiyalara məruz qaldığını bildirib.

Teleqraf.com xəbər verir ki, gənclərlə bir araya gələn Ərdoğan onların suallarını cavablandırıb.

"Ronaldo Fələstin məsələsinin qayğısına qalan biridir. Təəssüf ki, Ronaldoya qarşı siyasi sanksiyalar tətbiq etdilər. Ronaldo ilə Messini müqayisə etmək bizə yaraşmaz, amma Ronaldonu bitirdilər. Ronaldo kimi futbolçunu ikinci hissəyə qoymaq heç düzgün deyil. Baş verənlər Ronaldonun psixologiyasını və bütün enerjisini əlindən aldı.

Ərdoğan Ronaldonun hansı kluba keçəcəyini də deyib: “Mənə verilən məlumata görə, Ronaldo indi Səudiyyə Ərəbistanın klubu ilə anlaşıb”.

Ərdoğan Qətərdə keçirilən Dünya çempionatının finalından sonra Fransa prezidenti Makrona nə dediyinə də açıqlayıb.

“Mən Makrona dedim ki, üzülmə. Argentina çox yaxşı oynadı”.

Qeyd edək, DÇ-nin finalında Argentina – Fransa qarşılaşmışdı. Penaltilərdə Avropa təmsilçisi məğlub olmuşdu – 3:3 (4:3)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər