30 Dekabr 2022 17:40
1 636
12 Punto 14 Punto 16 Punto 18 Punto

2022-ci il başa çatır. İndi Ermənistanın Baş naziri Nikol Paşinyandan soruşmaq lazımdır ki, bu il niyə sülh müqaviləsi imzalanmadı? Axı o açıqlamalar verirdi ki, bu ilin sonuna kimi sülh müqaviləsi imzalanacaq. Amma hər şey bunun əksinə baş verdi və iki ölkə arasında münasibətlər daha da gərginləşdi. Ona görə də, Paşinyan bu məsələlərlə bağlı izahat verməlidir.

Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Hərbi ekspert Paşinyanın rus sülhməramlılarının əvəzinə bölgəyə beynəlxalq müşahidəçilərin gətirilməsi ilə bağlı fikirlərinə də münasibət bildirib:

“Azərbaycanın icazəsi olmadan onun ərazisinə hansısa bir beynəlxalq müşahidəçinin gəlməsi qeyri-mümkündür. Ona görə də bu cür açıqlamalar heç bir əhəmiyyət kəsb etmir. 19 gündür ki, Şuşa-Xankəndi yolunda azərbaycanlı fəallar aksiya keçirir. Təəssüflər olsun ki, Azərbaycanın öz ərazisi ilə bağlı olan məsələyə rus sülhməramlıları imkan yaratmayıblar. Azərbaycanlı ekoloqlorla görüşməyə həvəsi və vaxtı olmayan Andrey Volkov separatçı Ruben Vardanyanın qabağına qaçır...”.

Üzeyir Cəfərova görə, indi hər şey ona doğru gedir ki, Azərbaycan sonuncu dəfə ağıllı güc tətbiq edərək, Vardanyanları, Arutunyanları və digər cinayətkarları öz ərazisindən birdəfəlik uzaqlaşdırsın:

“Bu baxımdan da Paşinyanın sərsəm bəyanatları gündəmi zəbt etməməlidir. O, gündə bir bəyanat verməklə prosesi mümkün qədər uzatmağa çalışır. Əslində bu gün Nikol oyun oynayır. Çünki onun öz imzası olan üçtərəfli bəyanatın 4-cü bəndi hələ də icra edilməyib”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər