28 Fevral 2023 20:19
337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev 2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə görüşündə Kuba Prezidentinin iştirakını məmnunluqla xatırlayı, Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyinə göstərdiyi dəstəyə görə Kuba tərəfinə minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğulayıb və deyib ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər