ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara Astarada olub.
Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, diplomat Azərbaycanın cənub sərhədi boyunca narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün ABŞ tərəfindən verilmiş avadanlıqların istifadə olunmasını müşahidə etmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara şəhərindəki idarəsini ziyarət edib.
Qeyd edək ki, ABŞ-ın Müdafiə Departamenti 2002-ci ildən bəri Dövlət Gömrük Komitəsi habelə Azərbaycanın digər sərhəd təhlükəsizliyi qurumları ilə fəal tərəfdaşlıq edir. 2019-cu ildən bəri Müdafiə Departamenti tərəfindən verilən yardımlar və təlimlər Azərbaycan Dövlət Gömrük Komitəsinin əməliyyat bacarıqların artırılması və narkotik və digər qanunsuz materiallar daşınmalarının qarşısının alınmasına xidmət edir.