Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov martın 29-da İsrailə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Səfərin məqsədi Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak etməkdir.
Eyni zamanda səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi gözlənilir.