9 Mart 2023 00:13
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə baş direktoru, səfir Gökhan Turan ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə səfir tviter hesabında qeyd edib.

Tərəflər Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif sahələri və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər