Türk Dövlətləri Təşkilatının (TDT) növbəti Zirvə görüşü bu ilin oktyabr ayında Qazaxıstanda keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, TDT-nin X sammiti Türküstanda baş tutacaq: “Bu ilin payızında TDT-yə sədrlik Qazaxıstana keçəcək. Bu müddət ərzində bir sıra əlamətdar tədbirlər keçirməyi planlaşdırırıq".