31 Mart 2023 17:39
2 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günə kimi erməni tərəfi Azərbaycanın təklif etdiyi konstruktiv məsələlərlə bağlı razılıq ifadə etməyib. Proses başlamadan ona qarşı durmaq yolunu seçiblər. Ona görə də Azərbaycan Ordusunun yeni Laçın yolu ətrafında olan Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi nəzarətə götürməsi daxili nizamnaməyə olan aid məsələdir. Çünki o ərazilər bizə məxsusdur. Öz ərazimizdə isə istənilən mövqedə dayanmaq üçün haqq və imkanlarımız var. Bunun kənar dövlətlərə və qüvvələrə heç bir aidiyyəti yoxdur.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Şair Ramaldanov deyib.

O qeyd edib ki, Ordumuzun Azərbaycan-Ermənistan şərti dövlət sərhədində Laçın rayonu istiqamətində yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürməsindən qarşı tərəf narahat olmamalıdır:

"Bu, Azərbaycan dövlətinin təhlükəsizliklə bağlı gördüyü növbəti tədbirlərdən biridir. Sözsüz ki, bu ərazilərdə görülən mühəndis-istehkam tədbirləri sırf təhlükəsizliklə bağlıdır. Erməni tərəfinin də buna qarşı səsləndirdiyi fikirlərin heç bir əhəmiyyəti yoxdur".

Polkovnik hesab edir ki, Ordumuzun gördüyü bu tədbirlər separatçıların əl-qolunu bağlamaq, onların mümkün hərəkət və marşurutlarını bloklamaq üçün əlverişli stratji addımdır:

"Sözsüz ki, Silahlı Qüvvələrimiz o bölgədə olan bütün yolları nəzarətdə saxlayır. Burada əsas məqsəd ərazimizə qeyri-qanuni daşımaların qarşısının alınmasıdır. Silah-sursat, minaların, terrorçuların bölgəyə girişi bu cür addımlarla tam bloklanmış olur. Amma humanitar yüklərin keçidi və daşınması ilə bağlı heç bir porblem yoxdur".

Şair Ramaldanova görə, ölkə başçısı da vurğulamışdı ki, Azərbaycana qarşı hər hansı bir təhlükə yaranacaqsa, buna qarşı adekvat addımlar atılacaq:

"Azərbaycanın gördüyü işlər özünü müdafiə, qorumaq və gələcək təxribatlardan sığortalamaq üçün qabaqlayıcı addımlardır. Ona görə də, bu məsələ ilə bağlı hansısa bir qərar qəbul olunursa. Bu ilk növbədə ermənilərin və separatçıların orada olan hərəkətlərinə adekvat olaraq verilib".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər