15 Aprel 2023 13:29
2 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə hava şəraitinin əlverişsiz olması ilə əlaqədər iki əsgərimizin yolu azaraq Ermənistana keçməsi və orada onların əsir düşərək işgəncələrə məruz qalması ilə bağlı görüntülər yayıldı. Bu görüntülər Azərbaycan cəmiyyətində ciddi reaksiyalara səbəb oldu. Əslində bu, erməni barbarlığının, vəhşiliyinin, insanlıqdan uzaq bir toplumun növbəti davranış tərzinin təzahürü idi. Eyni zamanda bu fakt erməni cəmiyyətinin insani hislərdən uzaq, ağır durumda olduğunu növbəti dəfə göstərdi

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, ötən gün İrəvanda təşkil edilən beynəlxalq idman yarışında Azərbaycan bayrağına qarşı edilən hörmətsizlik də bu cəmiyyətin mənəvi aşınmasından xəbər verir:

“Yarış başlamadan Azərbaycan bayrağının yandırılması və orada olanların reaksiyası böyük təəssüf hissi yaradır. Bayrağımızı yandıran həmin o erməni daha sonra İrəvanda polis şöbəsində aparılır və dindirilmədən azad edilir. Bu şəxslə bağlı heç bir tənbehedici addım atılmadan bu qərar verilir. Həmin vaxt o şəxsi bayırda gözləyən insanlar isə onu alqışlarla qarşılayır. Sanki onu öz ölkələrində bir “qəhrəmanlıq” etmiş şəxs kimi təqdim edirlər”.

Partiya sədri hesab edir ki, bu fakt Ermənistanda zəhərlənmiş, beyinləri yuyulmuş bir toplumun, cəmiyyətin olması faktıdır:

“İbtidai icma quruluşu dövründə olan qəbilələr də bu günki erməni cəmiyyətindən düşüncəli olub. Bunlar ancaq barbar, dağıdıcı təfəkkürlə yaşayan insanlardır. Ona görə də, bu cür vəhşi, barbar insanlarla, toplumla dinc yaşamaq, qonşuluq münasibətləri formalaşdırmaq olduqca çətindir”.

Fəzail Ağamalı deyib ki, bir neçə il öncə Bakıda keçirilən beynəlxalq yarış zamanı Azərbaycan Prezidenti erməni idmançısını şəxsən özü mükafatlandırıb, ona xalqımızın ən yüksək davranış nümunəsini göstərib:

"Ammma biz Ermənistanda Nikol Paşinyanın gözü qarşısında Azərbaycan bayrağına qarşı hörmətsizliyin şahidi oluruq. Bu fakt bir daha xəstə erməni cəmiyyətinin hələ də sağalmadığının açıq gəstəricisi hesab edilir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər