20 Aprel 2023 14:57
1 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sülh prosesi ilə bağlı hələlik heç bir irəliləyiş yoxdur. Bu ilin mart ayının əvvəlində Azərbaycan özünün sülh təkliflərini Ermənistana təqdim edib. Amma qarşı tərəfdən hələlik aydın reaksiya yoxdur. Ümumiyyətlə Ermənistan tərəfi yenə də köhnə taktikaya əl atır.

Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O qeyd edib ki, Nikol Paşinyan bu taktikadan maksimum yararlanmağa çalışır:

“Bu da bütün məsələləri təxirə salmaq və bununla da vaxt uzatmaq niyyətidir. Əslində bu taktika ilə yəni, qeyri-müəyyən vaxta qədər prosesi təxirə salmaqla nəyəsə nail olmaq mümkün deyil. Eyni zamanda qardaş Türkiyədəki prezident seçkilərindən öncə Ermənistan tərəfindən tutarlı bir reaksiya gözləmək çətin olacaq”.

Fərid Şəfiyevin fikrincə, prosesin bu qədər uzanmasından təbii ki Ermənistan olacaq:

“Bu ölkə ilk növbədə məhz belə yanaşma ilə öz təhlükəsizliyinin, gələcəyinin üzərindən xətt çəkmiş olur. Çünki Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmadan bir çox məsələlərin həlli qeyri-müəyyən olaraq qalacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər