Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin müstəqilliyi və inkişafı üçün misilsiz xidmətlər göstərib. Heydər Əliyev və onun ideyaları Azərbaycanın milli sərvətidir.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.
O qeyd edib ki, bu gün Azərbaycanın əldə etdiyi uğurlar ulu öndərin siyasətinin təntənəsi kimi qəbul olunmalıdır.
"Prezident İlham Əliyev Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə ümummili lider Heydər Əliyevin ən böyük arzusunu reallaşdırdı", - T.Budaqov qeyd edib.