"Azərbaycan bölgədə sülhün alternativinin olmadığına inanır və səylərin davam etdirilməsində qərarlıdır".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistanın yeni səfiri Sridharan Madhusudhanan ilə görüşdə bildirib.
Postmünaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir mövcud çağırışlara və çətinliklərə baxmayaraq Azərbaycanın bölgədə sülhün alternativinin olmadığına inandığını, habelə sülh quruculuğu sahəsində səylərin davam etdirilməsində qərarlı olduğunu diqqətə çatdırıb.
C.Bayramov beynəlxalq ictimaiyyətin normallaşma prosesinə dəstəyinin əhəmiyyətindən də danışıb, eyni zamanda bölgədə Ermənistanın mina təhdidlərinin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.