Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illiyində mədəniyyət paytaxtı Şuşadan xalqa müraciət etməsi xüsusi rəmzi məna daşıyır. Üç il öncə Şuşanın işğaldan azad olunduğunu Azərbaycan xalqına elan edərkən Prezident vurğulamışdır ki. “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim...” Bu baxımdan, Ümummilli Liderin 100 illiyyində ölkə başçısının Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı olmaqla bərabər, Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə nümayişidir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, Azərbaycanın bütün regionlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi təntənəli şəkildə qeyd olunur: “İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir və keçiriləcəkdir. Azərbaycan özünün böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyev də Şuşada xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün istiqamətlərinə diqqət çəkməklə yanaşı, Ümummilli Liderin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna da nəzər salmış oldu. Bildirilib ki. 90-cı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın təkidi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra vəətndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu”.
Deputat 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi olduğunu söyləyib: “Ulu Öndər Heydər Əliyevin neft strategiyası bu gün imkan verir ki, Azərbaycan Qarabağı, Zəngəzuru yenidən qursun. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt Azərbaycanın bugünkü iqtisadi qüdrətinin əsasını təşkil edir. Artıq, bütün dünya Azərbaycanın Avropanın enerji təhlükəsiizliyində oynadığı mühüm rolu qəbul edir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz beynəlxalq miqyasda etibarlı tranzit ölkədir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizin geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb”.
Millət vəkili hesab edir ki, qazanılan bütün uğurların mayasında Heydər Əliyev yolu, Onun uzaqgörən siyasi kursuna sadiqlik dayanır: “Azərbaycan Heydər Əliyev yoluna sadiqliyi nəticəsində dövlət müstəqilliyini daha da möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin edib. Bu gün dünyada olduqca çətin və mürəkkəb siiyasi proseslər gedir. Belə bir vaxtda sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə təsir edə bilmir. Qürurverici haldır ki, Azərbaycanın maliyyə resursları, maddi vəziyyəti Qarabağı və Zəngəzuru yenidən qurmağa, sosial islahatları davam etdirməyə imkan verir”.
Tamam Cəfərova vurğulayıb ki, ölkədə hökm sürən sabitlik və əmin-amanlığın sayəsində bu gün Azərbaycan Qarabağda və Zəngəzurda ardıcıl, dinamik bərpa-quruculuq işlərini həyata keçirir: “Bu gün Azərbaycanda bütün sahələrdə dinamik inkişaf özünü göstərir. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi missiyanı ləyaqətlə yerinə yetirdi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduğunu, orada Azərbaycan Bayrağını qaldırdığını, ərazi bütövlüyümüzü tam bərpa etdiyini, eləcə də mülki missiyamızı da şərəflə yerinə yetirəcəyiyini vurğulayıb. Əminliklə deyə bilərik ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün zirvələri fəth edəcək”.