23 May 2023 00:25
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz türk dünyasına olan həssaslığımızın ən gözəl nümunəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində bildirib.

Ərdoğan Millət İttifaqının prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunu sərt tənqid edib:

“Kılıçdaroğlu Türkiyəyə Boraltan körpüsünün (Azərbaycanlı mühacirlərin Türkiyə dövləti tərəfindən SSRİ-yə təhvil verilməsi - red.) utancını yaşatmaq istəyir. İndi Qarabağın azad edilməsi ilə bu qara ləkəni təmizlədik. Biz bu məsələdə əvvəldən humanist, islami və vicdanlı mövqe tutmuşuq”.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər