29 May 2023 18:39
4 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Qarabağı da Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanımasının hüquqi müstəvidə tam təsbit olunması istiqamətində iş gedir. Bu müstəvidə separatçıların və Qarabağda yaşayan ermənilərin taleyi də maraq doğuran məqamlar sırasındadır. Sözsüz ki, Azərbaycan tərəfi Qərb platformasında separatçıların və Qarabağdakı ermənilərin aqibətinin necə olacağını hər kəs üçün agah edib.

Bunu Teleqraf.com-a "Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov deyib.

O qeyd edib ki, dövlətimizin mövqeyi Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlıdır:

“Əgər Qarabağ erməniləri Azərbaycana inteqrasiya olmayacaqlarsa, o zaman bölgəni tərk etməli olacaqlar. Separatçılar isə Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlə məşğul olduqları üçün onlara qarşı hər an güc strukturları tərəfindən anti-terrorr əməliyyatları keçirilə bilər”.

Politoloq Prezident İlham Əliyevin ötən gün Laçında separatçılarla bağlı rəsmi Bakının mövqeyini bir daha bəyan etdiyini və onlara sonuncu dəfə şans verildiyini söyləyib:

"Bu da ondan ibarətdir ki, bölgədə sülh naminə qondarma rejimin təmsilçilərindən silahı yerə qoyub, fəaliyyətlərini dayandırmaqları tələb olunur. Belə olan təqdirdə Azərbaycan tərəfi daha mülayim rəftar göstərə bilər. Əgər separatçılar qansız-davasız Azərbaycan təslim olacaqlarsa və oradakı qondarma strukturların ləğvi ilə bağlı qərər verilərsə bu daha yumşaq davranışlara səbəb olar”.

Zaur Məmmədov vurğulayıb ki, bunun əksinə Qarabağda kimlərsə özlərini qondarma rejimin "lideri”, “dövlət naziri” adlandırmağa davam edəcəklərsə onlara qarşı zamanı gəldikdə qəti tədbirlər görüləcək:

“Azərbaycanın bunun üçün tam hüququ mövcuddur. Ölkə başçısı da Laçından artıq bunun anonsunu verdi”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər