5 İyun 2023 17:45
2 311
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar həm rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə, eyni zamanda şərti sərhəd xəttində erməni təxribatları bir qədər intensivləşib. Erməni rəsmiləri isə Azərbaycanla sülh məsələsində müəyyən razılaşmaların olacağını bildirir. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlama verir ki, bu ilin sonuna kimi Azərbaycanla sülh əldə oluna bilər. Ötən il Ermənistanın baş naziri Nikol Paşinyan da deyirdi ki, ilin sonuna kimi sülh imzalanacaq. Bu il isə Qriqoryan tərəfindən bu ifadə işlədilir.

Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, erməni tərəfi bu ifadələri işlətsə də, onların sülh müqaviləsi imzalamaq niyyəti yoxdur:

“İndi də erməni tərəfi 1975-ci ilin xəritələrini ortaya atıb. Bu, onlara sərf etdiyi üçün həmin dövrün xəritələrinə istinad edirlər. Fakt isə odur ki, 1975-ci ilin xəritələrində Azərbaycanın anklavları yoxdur”.

Polkovnik hesab edir ki, növbəti Brüssel görüşlərinə qədər ermənilər təxribatlarını dayandırmaq niyyətində deyil:

“Hətta əgər alınsa, rus sülhməramlıları Ermənistandan separatçılar üçün müəyyən şəxsi heyət və silah-sursatın ötürülməsini təmin etməyə çalışacaq”.

Hərbi ekspertə görə, Ağdam istiqamətində separatçıların tör-töküntülərinin pilotsuz uçuş aparatları ilə təxribata cəhd etməsi tamam başqa mətləblərdən xəbər verir:

“Sözsüz ki, Azərbaycan ordusu separatçıların və qanunsuz silahlı birləşmələrin bütün hərəkətlərini bloklaya bilər. Bir çox hallarda deyilir ki, rus sülhməramlıları bu dronları ərazini müşahidə etmək üçün qaldırır. Amma unutmaq olmaz ki, sülhməramlılar bu məlumatları qarşı tərəfə də ötürmək ehtimalı da çoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər