"Moskva Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması ilə bağlı demək olar ki, hər gün Bakı və İrəvanla əlaqə saxlayır"
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Hökumətinin sədr müavini Aleksey Overçuk deyib.
O bildirib ki, Rusiya tərəflər arasındakı danışıqlar prosesində ən fəal şəkildə iştirak etməklə öz həllərini təklif edir və iki respublikanın hökuməti ilə əlaqəni təmin edir. Onun sözlərinə görə, Rusiya baş nazirinin müavini bununla belə Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqələrinin məhz nə zaman açılacağını bildirməyib.
"Təmkinli olmaq lazımdır"- deyə Overçuk vurğulayıb.
O həmçinin qeyd edib ki, Rusiya baş nazirinin müavini SPIEF-2023 forumu çərçivəsində azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşüb.