“ABŞ Azərbaycanla Ermənistan arasında sülhə nail olmaq üçün tərəflərə kömək öhdəliyi götürür”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “Twitter” hesabında yazıb.
“Qarabağda insan itkilərindən çox narahatıq. Son hadisələr hərbi əməliyyatlardan çəkinməyin, davamlı və layiqli sülh axtarmağın zəruriliyini vurğulayır. Birləşmiş Ştatlar bu məqsədə çatmaqda tərəflərə kömək etmək öhdəliyi götürür”, - Miller qeyd edib.