Ermənisan Xarici İşlər Nazirliyi yenə də dezinformasiya yayır.
Trend xəbər verir ki, bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Tvitterdə yazıb.
Ermənistan XİN sözçüsü Ani Badalyanın yalan informasiyalar səsləndirməsinə cavab olaraq, Hacızadə qeyd edib ki, sözügedən 68 yaşlı Vaqif Xaçatryan Xocalıdakı Meşəli qətliamında iştirak etdiyi üçün beynəlxalq axtarışa verilib.
"İstintaq müəyyən edib ki, Xaçatryan 1991-ci ildə Meşəli kəndinə basqın edərək 25 azərbaycanlını qətlə yetirmiş, 14 nəfəri yaralamış, 358 azərbaycanlını öz yurd-yuvasından didərgin salmış erməni silahlı cinayətkarları sırasında yer alır”, - Ayxan Hacızadə qeyd edib
Qeyd edək ki, Vaqif Xaçatryan bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.