24 Avqust 2023 18:37
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənistanın separatçı, təxribat xarakterli addımları humanitar məsələ kimi qəbul edilə bilməz".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Bakıda Belçikanın xarici işlər naziri Hadja Lahbib ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir belçikalı həmkarının gələcəyə baxış tövsiyəsini doğru saydığını söyləyib: "Hadja Lahbib də keçmişə yox, gələcəyə baxmalı olduğumuzu tövsiyə etdi. O, gələn ilin yanvarında Belçikanın Avropa İttifaqına sədrlik edəcəyini bildirib. Mən də bu sədrliyin uğurlu olmasını diləyirəm. Bizim istəyimiz və gözləntimiz növbəti illərdə ölkəmizə qarşı ikili standartların şahidi olmamağımızdır. Biz bəzi Avropa ölkələrinin separatçılığa necə həssas yanaşdıqlarını, necə mühüm qərarlar qəbul etdilərini bilirik. Biz istərdik ki, Azərbaycanın həyata keçirdiyi işlərlə bağlı rəy verməzdən əvvəl addımın mahiyyətini başa düşsünlər. Ermənistanın separatçı, təxribat xarakterli addımları belə asanlıqla humanitar məsələ kimi qəbul edilə bilməz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər