Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tunis Respublikasının bu ölkədəki səfiri Məhəmməd Kərim Jamussi ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan və Tunis arasındakı əlaqələrə toxunulub. Səfirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıb və bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsini müzakirə ediblər.
Görüş zamanı Azərbaycan səfiri regionumuzda cərəyan edən son hadisələr, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi barədə qarşı tərəfi məlumatlandırıb.