13 Sentyabr 2023 14:54
2 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan atəşkəsi pozur, təxribatlar törədir və bunu Azərbaycanın üzərinə atır. Bu, ilk belə hal deyil. Erməni tərəfinin ənənəvi xüsusiyyətidir. Ona görə də, artıq bu addımlar təəccüblü qarşılanmır. Çünki Ermənistan hər dəfə dezinfomasiyanı dövriyyəyə buraxır, Azərbaycan isə bunu təkzib edir. Daha sonra həmin istiqamətdə erməni tərəfi atəş açaraq təxribat törədir.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.

O qeyd edib ki, erməni tərəfi güllə yarasından bir əsgərinin öldüyünü deyib:

“Hələlik bununla bağlı araşdırma aparıldığı bildirilir. Bunun ardınca Azərbaycan Ordusunun atəşi nəticəsində erməni əsgərin yaralandığını iddia ediblər. Daha sonra bu yalan xəbəri ortaya atıblar. Əslində bu porses uzun müddətdir davam edir. Ona görə də, Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti dezinformasiyasını təkzib etməli olub”.

Polkovnik hesab edir ki, Ermənistan hər gün səhər saatlarından başlayaraq bir qayda olaraq Azərbaycan Ordusunun onlara atəş açması ilə bağlı yalan informasiyaları tirajlayır:

“Məqsəd gərginliyi saxlamaqdır. Hədəf baş verə biləcək böyük toqquşmalara görə, Azərbaycanı günahlandırmaqdır. Bu, erməni tərəfinin “sınaqdan” çıxardığı məsələdir”.

Hərbi ekspert bildirib ki, bu günlərdə erməni tərəfinin itin boynuna partlayıcını bağlayıb onu Azərbaycan mövqelərinə göndərməsi isə tamam başqa oyunlardan xəbər verir:

“Bu əslində onların düşüncəsini göstərir. Amma dünya ictimaiyyəti bu kimi halları görməlidir. Ermənistanın heyvanlardan belə özünün terror məqsədləri üçün istifadə etdiyini dünya ictimaiyyəti bilməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər