19 Sentyabr 2023 19:02
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın xarici işlər naziri Antonio Tacani Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə İtaliyanın XİN rəhbəri “X” hesabında bildirib.

“Davam edən gərginlik fonunda Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşmək istədim. Qarabağda diplomatik həll yolu tapmaq üçün dialoq və təmkinin zəruriliyini vurğuladım. Azərbaycan bizim vacib tərəfdaşımızdır. Biz insan alverinə qarşı da birgə işləyirik”, - nazir bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər