20 Sentyabr 2023 12:23
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ABŞ-nin Los-Ancelos şəhərindəki Baş Konsulluğunun binasına boya tökülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat və uyğun video sosial şəbəkədə yayılıb.

Bildirilib ki, Baş Konsulluğun binasının bütün ətrafı boyanıb və qapıları bağlanıb.

Azərbaycanın diplomatik missiyasının binasına hücumu ermənilərin törətdiyi bildirilib.

Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Ancelos polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər