27 Sentyabr 2023 13:00
7 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə edilməsi ilə bağlı müəyyən ümidlər var. Artıq yeni bir situasiya yaranıb. Antiterror tədbirlərindən sonra Ermənistan və onu himayə edən qüvvələr, separatçı-xunta rejimi bundan ciddi nəticə çıxarmaq imkanı qazanıb. Amma onların bu məsələlərdən nə dərəcədə nəticə çıxaracağını zaman göstərəcək.

Bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O qeyd edib ki, antiterror tədbirlərindən sonra Prezident İlham Əliyev xalqa müraciətində Nikol Paşinyanın proseslərlə bağlı yanaşmasına münasibət bildirdi:

“Əgər Paşinyan bu mövqedə qalarsa, danışıqlara, səmimi yanaşmaq istəsə sülh sazişinin imzalanması istiqamətində ciddi addım atıla bilər. Hazırda Ermənistanda vəziyyət kifayət qədər kritikdir. Revanşist qüvvələr çalışırlar ki, yaranmış situasiyadan istifadə edib Paşinyanın istefasına nail olsun”.

Partiya sədrinə görə, sadəcə olaraq Paşinyana qarşı olan qüvvələr ciddi elektorata malik deyil:

“Revanşistlərin ətrafında olanlar “Qarabağ klanı”na, Robert Köçəryana, Serj Sərkisyana bağlı olan şəxslərdir. Amma bütün bunlara baxmayaraq Paşinyana ciddi təzyiq var. Rusiya-Ermənistan gərginliyi də bu məsələdə özünü daha qabarıq göstərir”.

Fəzail Ağamalı hesab edir ki, hazırkı davranışlarına görə, Rusiya imkanları ilə Paşinyanı sıxışdırmağa çalışır:

“Bunlara qarşı isə Azərbaycandan gələn təzyiqləri yumşaltmaq üçün Paşinyanın sülh sazişinə getməsi mümkündür. Azərbaycanla vəziyyəti yumşalmağa nail olmaqla Paşinyanı mümkün təzyiqlərin birindən xilas olmağı düşünür. Bunun ardınca isə o revanşistləri, radikal erməni millətçilərini neytrallaşdırmağa başlayacaq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər