29 Sentyabr 2023 15:28
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı-xunta rejimi özünü buraxdığını elan etdi. Azərbaycan ərazisində belə bir qondarma qurumun mövcudluğu qəbuledilməz idi. Proses başa çatdı. Azərbaycan suveren ərazisində konstitusiya quruluşunun bərpasına nail oldu. Amma buna baxmayaraq son dərəcə diqqətli olmalıyıq. Çünki prosesin asanlıqla bitəcəyi və uzun on illiklər ətrafında kampaniyalar aparılan “ideya”nın birdən-birə başa çatacağı ilə bağlı əminlik yaranmamalıdır.

Bunu Teleqaraf.com-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

O qeyd edib ki, indiki mərhələdə əldə olunan uğurlar var:

“Amma arxayın olmaq olmaz. Erməni lobbisinin bundan sonra hansı addımı atacağı bilinmir. Azərbaycan tərəfinin reinteqrasiya məsələsində daha çevik hərəkət etməsi fonunda digər amillər də nəzərə alınmalıdır. Bundan sonra separatizmə dəstək vermiş ermənilərin ərazimizdə qalmasına imkan verilməməlidir. Qarabağda doğulub böyüməyən ermənilərin burada yaşaması qeyri-mümkündür”.

Partiya sədrinə görə, Azərbaycan tarixi torpaqlarla bağlı iddialarını da ortaya qoymalıdır:

“Çünki bu reallıq ortada olduğu halda heç kəs Azərbaycana qarşı torpaq iddiasına düşə bilməyəcək. Qərbi Azərbaycan torpaqları ilə bağlı məsələlər hüquqi müstəvidə həll edilməlidir”.

Sərdar Cəlaloğlu hesab edir ki, separatçı Ruben Vardanyanın həbsinin digərləri üçün dərs olacağına ümidli olmaq olmaz:

“Digər separatçıların həbsi qaçılmazdır. Ermənilərdə xəstə bir təxəyyül formalaşıb. Ona görə də, yeni-yeni bu tip “insanlar”ın ortaya çıxacağı gözləniləndir. Çünki ermənilər 100 ildən artıqdır ki, Azərbaycan xalqına, türklərə qarşı düşmən yetişdirməklə məşğuldur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər