1 Oktyabr 2023 10:11
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İkinci Qarabağ müharibəsindən sonra baş nazir Nikol Paşinyana qarşı üsyan bayrağını əsasən Daşnaksütun partiyasının üzvləri qaldırmışdılar. Alınmadı, devirə bilmədilər, cəmiyyət daşnakların və Qarabağ klanının arxasınca getmədi. Bu dəfə Paşinyana qarşı üsyan bayrağını Vazgen Manukyan qaldırıb. Manukyan müstəqil Ermənistanın ilk baş naziridir, ilk prezident Levon Ter-Petrosyanla yolları ayrıldıqdan sonra o qədər də gözə dəymirdi".

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, 1990-cı illərin sonunda ondan geniş müsahibə alıb.

"Suallarıma cavabında hakimiyyətə gələcəyinə inanırdı, ancaq 25 ildir eyni yerdədir. Manukyan Nikol Paşinyana prezident İlham Əliyevlə sülh sazişi imzalamağa mane olmağa çalışır, oktyabrın 5-də Qrananada adasındakı görüşün əleyhinə İrəvanda mitinq planlaşdırır. Levon Ter-Petrosyandan fərqli olaraq Vazgen Manukyan ahıl yaşında ağıllanmayıb. 2-3 minlik mitinqlər Nikol Paşinyanın vecinə də deyil, baş nazir Azərbaycanla sülh sazişi imzalamağa hazır olsa, Manukyan kimilər ona mane ola bilməyəcək. Önəmli olan Nikol Paşinyanın sülh sazişinin vacibliyi ilə bağlı daxili qərar verməsidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər