5 Oktyabr 2023 19:12
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bunu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Qazaxıstan beynəlxalq arenada uğurla əməkdaşlıq edir.

Görüşdə sürətlənən ikitərəfli əməkdaşlıq templəri məmnunluqla qeyd olunub. Tərəflər həmçinin regional və beynəlxalq gündəmdə olan aktual məsələləri müzakirə ediblər.

Xüsusi diqqət nəqliyyat-logistika əməkdaşlığı və kommunikasiya mövzularına yetirilib.

Eyni zamanda, 3 noyabr 2023-cü il tarixində Astanada keçiriləcək Türk Dövlətləri Təşkilatının X yubiley Zirvə Görüşünün önəmi vurğulanıb.

Azərbaycan Prezidentinin köməkçisi qardaş Qazaxıstana dəstəyinə, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafı, regional məsələlərin həlli ilə bağlı konstruktiv yanaşmasına görə təşəkkürünü bildirib.

Səfir Alim Bayel Qazaxıstanın regionda sülh və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olduğunu qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər