23 Oktyabr 2023 18:49
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əcnəbilərin Cənubi Qafqazda iştirakı heç bir problemi həll etməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Tehranda “3+3” formatında keçirilən xarici işlər nazirlərinin iclasında deyib.

H.Əmir Abdullahianın sözlərinə görə, əcnəbilərin bölgədə iştirakı olarsa, vəziyyəti daha da mürəkkəbləşdirəcək.

İran xarici işlər naziri deyib ki, “3+3” formatının ən əsas məqsədi regiondaxili problemlərin həlli üçün region ölkələrinin iştirakı və birgə əməkdaşlığın gücləndirilməsidir. Artıq Cənubi Qafqazda gərginlik başa çatıb. Region ölkələri üçün böyük fürsət yaranıb. Növbə sülh, əməkdaşlıq və inkişafındır.

Ümid edirik ki, növbəti iclaslarda dost Gürcüstanın da aktiv və konstruktuv iştirakının şahidi olacağıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirələcək. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak etmək üçün Tehrandadır.

Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər