10 Noyabr 2023 09:38
1 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 8 Noyabr- Zəfər günündə Xankəndidə hərbi parad keçirməsi regionda sabitliyə maneə olmaq istəyən qüvvələrə önəmli bir mesaj oldu.

Teleqraf.com Trend-ə istinadla xəbər verir ki, bunu Amerikalı analitik İrina Tsukerman deyib.

O qeyd edib ki, sentyabr ayında keçirilən antiterror əməliyyatı Azərbaycanın zəfərini genişləndirdi və möhkəmləndirdi, inteqrasiyanı və regionun gələcəyinə müsbət baxışı mümkün etdi.

"Xankəndidə Azərbaycanın keçirdiyi hərbi parad milli suverenliyin və ərazi bütövlüyünün müdafiəsi məsələsində öz mövqeyində dayanmağın mümkün olduğunu və heç bir qüvvənin maneələrinə məhəl qoymadan öz doğru bildiyini etməyin vacibliyini göstərdi. Başqa sözlə, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın öz maraqlarını müdafiə etməsi və ərazilərinin bərpası Cənubi Qafqazın inteqrasiyasına və vətəndaşlarının öz doğma yurdlarına qayıtması imkanı yaratdı.

Əgər Azərbaycan öz ərazilərini azad etmək üçün qətiyyətli addımlar atmasaydı, münaqişə sonsuzadək davam edərdi və bununla yanaşı, yeni gərginliklər də yarana bilərdi. Bu bərpa Cənubi Qafqaz xalqlarını əməkdaşlıqdan çəkindirən və yaxın gələcəkdə gözləyə biləcəyimiz regional rifah səviyyəsinə mane olan onilliklər boyu dağıdıcı siyasət və xarici müdaxilələrə son qoydu. Parad həmin güclərə siqnal göndərir ki, onların bu cür əməkdaşlığın qarşısını almaq planları baş tutmayıb və heç bir zaman baş tutmayacaq", - deyə o əalvə edib.

Məqalədə:


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər