20 Noyabr 2023 17:14
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İşğal dövründə Azərbaycan ərazilərindən silahların transferi üçün istifadə edilib".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ilə Müdafiə Nazirliyinin birgə keçirdiyi brifinqdə XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, 44 günlük müharibədən sonra da ərazidə qalan Ermənistan silahlı birləşmələri Azərbaycan ərazilərini minalamağa davam ediblər.

"Qanunsuz erməni silahlı birləşmələri regionda stabilliyə böyük təhdid formalaşdırırdı. 24 saatlıq antiterror tədbirləri ilə Azərbaycan ərazilərini qanunsuz silahlı birləşmələrdən təmizlədi. Qeyd etməliyəm ki, işğal dövründə ermənilər bu ərazilərə çoxlu sayda silah daşıyıblar. Hətta ərazilərdən silahların transferi üçün istifadə edilib. Azərbaycan dəfələrlə bu istiqamətdə beynəlxalq ictimaiyyətə çağırışlar edib. Lakin heç vaxt reaksiya görməmişik", - A.Hacızadə qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər