Prezident İlham Əliyev Yeni il müraciətində bu il ərzində Xocalı və Xankəndi sakinlərinin öz evlərinə qayıdacaqlarını bildirdi.
Bu, erməni separatizminin ləğvi və suverenliyimizin bərpasından sonra Xankəndi məsələsində son mərhələ olacaq. Çünki ermənilər istəməsə belə, bölgədə maraqları olan tərəflər onların Xankəndiyə qaytarılması üzərindən müəyyən planlar qurur. Qayıtması mümkün olan ermənilər mütləq Azərbaycan vətəndaşlığını alacaqlar, lakin buna rəğmən, kompakt şəkildə yaşayacaq ermənilərin təhlükə yaratması potensialı və maraqlı tərəflərin bundan istifadə etməsi perspektivi daim aktualdır. Azərbaycanlıların Xankəndiyə qayıtması isə rəsmi Bakının bütün zəruri imkanları yaratmasına baxmayaraq, ermənilərin kütləvi şəkildə geri qayıtması perspektivini sıradan çıxarır.