3 Yanvar 10:20
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda dünyada proseslər çox sürətlə cərəyan edir. Ona görə də, bir çox hallarda proqnozlar vermək olmur. Adətən növbəti il üçün proqnozlar verilirdi. Çünki proqnozun xüsusiyyəti hadisələrin gedişi ilə bağlı qanunauyğunluğu müəyyən edir. Bunun əsasında fərziyələr, fikirlər, gələcək hadisələr haqqında təxəyyülər ortaya qoyulur.

Bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov deyib.

“2023-cü il onu göstərdi ki, qanunauyğunluqlar dağılır, onların üstündən xətt çəkilir. Bu mənada qarşıdakı dövr dünya üçün qeyri-müəyyən, həddindən artıq qeyri-sabit, təhlükəli il kimi qiymətləndirilir. Müşahidə edilən məsələlər ona dəlalət edir ki, yeni düşünülən, fikirləşilən, beynəlxalq münasibətlər II Dünya müharibəsindən sonra ciddi dəyişikliyə məruz qalıb”, - deyə qeyd edib.

Millət vəkili Rusiya-Ukrayna, Yaxın Şərq və başqa münaqişələri buna misal göstərməyin kifayət etdiyini söyləyib:

“Məhz bu il başlayan kimi, yəni yanvarın 1-i bir ölkə başqasını, başqa bir ölkə isə digərini bombalayır. Məhz bu nöqteyi-nəzərdən Azərbaycan çox gözəl və eyni zamanda mürəkkəb, çətin təhlükəli bir mühitdədir. Çünki Azərbaycan məhz bu qeyri-müəyyənliyin içərisində müəyyənlik formalaşdırıb. Amma dünya bu qeyri-müəyyənlikdə bir yola tapa bilmir. Azərbaycan isə bu yolu tapıb”.

Səməd Seyidov hesab edir ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanı uçuruma aparacaq yollardan çəkinmək mümkün oldu:

“Azərbaycanı dünya tamamilə başqa istiqamətə sürükləyən zaman buna qarşı çıxmağı bacardı. Ölkəmizi hansısa tələyə salmaq cəhdləri müşahidə edildikdə oradan uzaqlaşdı. Ona görə də, bu regionda sabitliyin carçısı məhz Azərbaycandır. Dünya isə sabitliyin, sülhün carçısını axtarır. Məhz bu kontekstdə 2023-cü ildəki proseslərdən sonra, 2024-cü il mütərrəqi, inkişaf, sabitlik ilinə çevrilməlidir. Bu isə bəzi əhatələrdə müxtəlif şəkildə qəbul olunacaq və qavranacaq. Vacib şərt odur ki, birləşərək Azərbaycan, Qarabağ, yüksəlişimiz naminə fəaliyyətimizi qurmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər