Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçirilə biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, dəhlizlə bağlı işlərə toxunan nazir Uraloğlu Ermənistanın son vaxtlar buna dair müsbət mesajlar verdiyini deyib.
Nazir dəhlizdə tikinti və tender işlərinin davam etdiyini vurğulayıb:
“Dəhlizin 43 kilometri Ermənistan ərazisindədir. Ora da planlaşdırılma və layihələndirmə prosesi həyata keçirildikdə tamamlanacaq. Bu marşrutla türk dünyasına daha asan çatacağıq”.
İranın da Zəngəzur dəhlizinə qoşulmaq istədiyini bildirən Uraloğlu sözlərini belə davam etdirib:
“İran tərəfinə də söyləyirik: burada sizə əlaqə imkanı verə bilərik. Onların da bu mənada istəkləri var, bunu da müzakirə edirik. Bizim üçün Zəngəzur dəhlizi vazkeçilməzdir. Türkiyə ərazisinə düşən hissə ilə bağlı addımlar atmışıq, 224 kilometrlik bir hissədən söhbət gedir. Təxminən 5 ilə buranı bitirdikdə, İnşallah 2028-ci ildə bütün marşrutu həyata keçirmiş olacağıq”.