9 Yanvar 12:13
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinkenin Türkiyə səfəri böyük əhəmiyyət kəsb edir. Amerika böyük dövlət olsa da, bir sıra məqamlarda artıq “başını itirmiş ölkə” kimi görünür. Ukrayna, Çin, Azərbaycan və bölgə ilə münasibətlərdə ABŞ yanlış yanaşma sərgiləyir. Çünki ancaq “başını itirmiş dövlət” İrançı, terrorist qrupların zərərsizləşdirilməsinə bu cür reaksiya verə bilər, buna “insan haqqları” kontekstində yanaşardı”.

Bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Əgər belədirsə, İranla ABŞ daha sıx təmas qura, qucaqlaşıb öpüşə bilər. Bu terrorçular Amerika üçün problem yaratmırsa, 40 ildən artıqdır yürüdülən “siyasət”, dünyaya üfürülən mesaj nəyə xidmət edir? Görünür, ABŞ Azərbaycanda vəhşi anlayışın önə çıxmasını, hakimiyyətə gəlməsini istəyir. Ona görə də, Amerikanın “dini azadlıqlarla” bağlı ortaya qoyduğu yanaşma bu ölkədəki idarəçilərin ağılsız olduğu qənaətini əsaslandırır”, - deyə o qeyd edib.

Partiya sədri bildirib ki, Türkiyədə ABŞ-ın Azərbaycanla Ermənistan arasındakı sülh məsələsini müzakirə etməsi narahatlıq yaradır:

“ABŞ Azərbaycana biabırçı yanaşma sərgiləyir. “907-ci düzəlişi”, Azadlıq aktını” Ermənistana dəstək aktı ilə əvəz edən dövlətdən nəsə gözlənilmir. Amerikanın prosesdə beynəlxalq hüquqa uyğun hansısa təsir göstərəcəyini də gözləmək sadəlövlük olar. Hər halda işin içində Türkiyənin olması bizə arxayınlıq verir. Bütövlükdə ABŞ-ın bu günki davranışlarına güvənmək olmaz. Bu məsələ Azərbaycan üçün ciddi, narahatedici məqam olaraq qalmaqdadır”.

Millət vəkili hesab edir ki, bütün hallarda bu məsələ Azərbaycanla Ermənistan arasında həll olunmalıdır:

“Türkiyə də qonşu dövlət kimi prosesə təsir göstərə bilər. Bu, Ermənistanın da xeyrinədir. Çünki Azərbaycanla münasibətlərin düzəlməsi həm də bu baxımdan məsələnin həlli deməkdir. Yəni Ermənistana Türkiyə ilə münasibətlərin həlli baxımından faydalıdır. Ona görə də, bütün məsələlər məhz bu konteksdə dəyərləndirilməlidir”.

Fazil Mustafaya görə, Blinkenin “xoş niyyətlə” Azərbaycanla bağlı məsələləri yaxşıya doğru müzakirə etdiyini düşünmək olmaz:

“Çünki ABŞ dövlət Departamentinin “dini vəziyyətlə” bağlı açıqladığı mövqe birbaşa terrorizmi dəstəkləməkdir. Dinçi terrorizmi dəstəkləyən dövlətin hansı demokratik dəyərləri ola bilər? Bu sahədə Azərbaycana irad bildirmək məntiqsizdir. Bu “təmayyüllü qüvvələrə” hansısa bir formada sərbəstlik verilsə və bunlar da Amerikanın özü üçün problem yaratsa o zaman nə edəcəklər? Hansı məsələni gündəmə gətirəcəklər? Amerikanın bölgədə maraqlarına zərbə vuran addım atılsa, o zaman nə “hesabatlarına” nə yazacaqlar? Ona görə də, terroru dəstəkləyən zehniyyətin sülh məsələsinə yanaşmada sağlam məntiqə əsaslanacağını gözləmək yersizdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər