30 Yanvar 11:49
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə prosesinin məhz səfirliyimizə terror hücumunun ildönümündə başladılması müəmmalı, şübhəlidir, həmçinin suallar yaratmaya bilməz.

Teleqraf.combər verir ki, bu fikirləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, sanki bir il gözləyiblər ki, məhz ildönümü günü məhkəmə prosesi başlasın:

"İkincisi, Yasin Hüseynzadə kimi terrorçunun qəfəsdə deyil, zalda hamı ilə bir yerdə əyləşdirilməsi də Azərbaycana heç də xoş olmayan mesajlardan biridir və nələrinsə xəbərçisidir. İran qanunlarına və Vyana Konvensiyasının tələblərinə görə, Yasin Hüseynzadə kimi ağır cinayətə yol vermiş ittiham olunan şəxs məhkəmə istintaqı gedişində dəmir barmaqlıqlar arasında oturdulmalıdır. Lakin açıq-aşkar qanun pozuntusu və Vyana Konvensiyasının tələbinin pozulması baş verdi. Təəssüf ki, İranın qanunları açıq şəkildə pozmaqla burada da Azərbaycan tərəfinə hansısa mesaj verməsinin çalarlarını müşahidə etdik”.

Bununla belə, hüquqşünasın sözlərinə görə, məhkəmə prosesi zamanı bizim səfirliyin yüksək ranqlı əməkdaşlarının orada olması, həm də ittiham aktının elan olunması onu göstərir ki, terrorçu Yasin Hüseynzadəyə cəza veriləcək. Yasin Hüseynzadə mütləq ağır cəza alacaq. Əslində bu cür ağır cinayətə görə, İran qanunlarına görə ölüm cəzası tətbiq edilir, cinayətkar edam olunur. Amma məndə bir şübhə var ki, Yasin Hüseynzadəyə edam cəzası verilməyəcək, uzun müddətə azadlıqdan məhrumetmə hökmü çıxarılacaq və Yasin Hüseynzadə bir neçə ildən sonra cəza çəkmə yerindən çıxarılacaq, onun şəxsiyyətini təsdiq edən sənədləri dəyişdiriləcək və o buraxılacaq. Ya da o, İran rəhbərliyi tərəfindən bir müddət sonra əfv ediləcək. Çünki Yasinin həyata keçirdiyi cinayət aktının arxasında siyasi dairələr, müəyyən güc strukturları dayanır. Sifarişin yüksək səviyyədə verildiyi ilk anlardan, Yasin Hüseynzadə saxlanılandan görünürdü. Baxaq görək nə baş verəcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər