3 Fevral 22:18
1 753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Rusiya ərazisindəki hərbi hədəfləri vurmaq üçün hər ay daha çox silah istehsal edir. Söhbət konkret olaraq Ukraynanın inkişafından və komponentlərindən gedir.

Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Aleksey Danilov bildirib.

“Əminliklə deyə bilərəm ki, bu gün o məhvetmə vasitələri bizi mütləq qələbəyə aparacaq”- deyə Danilov qeyd edib.

Danilov həmçinin əlavə edib ki, Ukrayna silah istehsalı məsələsində tərəfdaşları ilə sıx əməkdaşlığı davam etdirir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər