"Azərbaycanda seçki prosesi çox yüksək səviyyədə təşkil edilib".
Teleqraf.com-un xəbərinə görə, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu gün həmkarları ilə birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə ediblər: "Hər şeydən əvvəl qonaqpərvərliyə görə təşəkkür edirik. Seçki məntəqələrində olan ab-hava çox yaxşı idi. Seçicilər sərbəst səs verirdilər. Media nümayəndələri işlərini lazımi qaydada icra etdilər. Yüksək fəallıq müşahidə edildi. Seçicilər seçki hüququndan yüksək səviyyədə istifadə edirdilər. Müşahidələrimizə əsasən əminliklə deyə bilərəm ki, bütün qaydalara əməl edilib və seçicilər seçki hüququndan yüksək səviyyədə bəhrələnib".