Prezident Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Ukrayna dövlət başçısı Fransaya həm Makron administrasiyası səviyyəsində, həm də Fransa cəmiyyəti səviyyəsində davamlı dəstəyə görə təşəkkür edib.
Hər iki dövlətin liderləri döyüş meydanındakı mövcud vəziyyəti və Ukraynanın müdafiə ehtiyaclarını, o cümlədən pilotsuz uçuş aparatları, artilleriya sistemləri və mərmilər, elektron döyüş sistemləri və müxtəlif tipli həm portativ, həm də uzaq mənzilli hava hücumundan müdafiə sistemlərini müzakirə ediblər.
Eyni zamanda, Ukrayna prezidenti Fransa və ABŞ tərəfindən Parisin onlarla Sezar artilleriya sistemi və mərmilərini Ukraynaya təhvil verəcəyi “artilleriya koalisiyasının” yaradılmasını yüksək qiymətləndirib.