26 Fevral 10:31
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Milli-mənəvi dəyələrimiz keçmişimizdir. Bu gün isə keçmişdən gələcəyə gedən yolumuzdur. Odur ki, maddi və qeyri-maddi mədəni irsimizin qorunması xalqımızın mənəvi ruhunun qorunması deməkdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

“Erməni saxtakarlığı bu gün də davam edir. Mənim əlimdə ermənilərin 2022-ci ildə nəşr etdiyi və onların saxtakarlığını göstərən kitablar var. Bu o deməkdir ki, ermənilərə cavab verməliyik, onlar cavabsız qalmamalıdırlar. Erməni yalanı ifşa olunmalıdır.

Yalanlarının da səbəbi var. Hansısa xalq qonşularının ərazilərini özününkü iddia edirsə, ona məxsus olmayan torpaqlarda digər xalqın mədəni və qeyri-mədəni irsini mənimsəməyə çalışır”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər