27 Fevral 19:42
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Rusiya gərginliyi hər ötən gün şiddətlənir. Kremlin İrəvana, nəhayət, sərt reaksiya verəcəyi iddiaları səslənir. Bununla bağlı Ermənistan daxilində də fərqli fikirlər var. Kreml hələlik gözləmə mövqeyindədir.

Bu sözləri Teleqraf.com-a politoloq Zərdüşt Əlizadə deyib.

“Ermənistan açıq şəkildə bəyan edir ki, Rusiya müttəfiq öhdəliklərini yerinə yetirməyib. İrəvanda Rusiyanın xəyanət etdiyini düşünürlər. Belə bir şəraitdə erməni tərəfi özü üçün başqa partnyor axtarışında olduğu bildirir. Bu, beynəlxalq hüquqla qadağan olunan hərəkət deyil. Ona görə də, Rusiya Ermənistana heç bir təsir göstərə bilmir” - deyə o qeyd edib.

Politoloq hesab edir ki, indiki halda Rusiya Ermənistana heç bir təzyiq edə bilməz:

“Hazırda bütün imkanlarını Ermənistana qarşı ant-təbliğata yönəldən Moskva nəticə əldə edə bilmir. Lars keçidində erməni konyakının aparılmasına belə imkan verilmir. Yaddan çıxarmaq olmaz, Rusiya özünə lazım olan malları Ermənistan vasitəsi ilə alır. Ermənistan olmasa, Moskva 3 milyard yarımlıq malı haradan alacağı sualı açıqdır”.

Zərdüşt Əlizadəyə görə, Ermənistanda olan Rusiyapərəst qüvvələr real hakimiyyətə qarşı təsir etməkdə acizdir:

“Yeganə çıxış yolu hakimiyyətə qarşı terror aktları törətməkdir. Ermənistanla Rusiya arasında birbaşa sərhəd olmadığına görə burada hərbi təcavüz ehtimalları da sıfıra bərabər olur. Moskvanın İrəvanda hərbi çevriliş etmək istəyi olsa da, buna imkanları yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər