28 Fevral 13:56
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsində ətrafında müzakirələr aparacaqlar.

Teleqraf.com xəbər verir ki, məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.

***

13:30

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, görüş haqqında informasiyanı Ermənistan mətbuatı paylaşıb.

Nazirlər Almaniyanın paytaxtı Berlin şəhərində görüşürlər.

Qeyd edək ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Nəticədə tərəflər Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində danışıqların aparılması barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər