29 Fevral 00:37
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin müzakirələri sabah davam edəcək.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, fevralın 28-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu başlayıb.

Berlində Almaniyanın xarici işlər nazirinin iştirakı ilə üçtərəfli görüşdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar davam edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər