5 Mart 16:51
328
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana işgüzar səfərə gəlib.

Teleqraf.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Elnur Məmmədov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov və digər rəsmi şəxslər qarşıladılar.

"TASS" -ın yaydığı məlumatda isə bildirilib ki, o, Azərbaycan Prezidenti İlham Əliyev və Baş nazir Əli Əsədovla görüşəcək.


Müəllif: Teleqraf.com