30 Mart 22:41
681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa öz qoşunlarını Ukraynaya göndərməyi mümkün hesab edir.

Teleqraf.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Fransa Milli Assambleyasının sədri Yael Bron-Pivet Odessada keçirdiyi mətbuat brifinqində bildirib.

Siyasətçinin sözlərinə görə, ölkəsinin prezidenti Emmanuel Makron əvvəlki çıxışlarında bildirib ki, heç nə istisna edilmir.

"Fransanın nümayiş etdirdiyi və müharibənin sonuna qədər nümayiş etdirəcəyi mövqedə, qələbənin özünə qədər heç nə istisna edilmir, hər şey mümkün olaraq qalır. Mən prezidentin sözlərini daha şərh etməyəcəyəm, bu mövqe tamamilə aydındır", - Bron -Pivet vurğuladı.

Emmanuel Makron bu yaxınlarda Qərb qoşunlarını Ukraynada yerləşdirmək planlarını təsdiqləyib. Onun sözlərinə görə, Fransa Rusiya ilə qarşıdurma üçün Ukraynada öz qoşunlarını yerləşdirə bilər.


Müəllif: Pərvin Cəfərova