13 Aprel 12:37
1 302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanla şərti sərhəddə təxribatları səngimir. Qarşı tərəf gərginliyin davam etməsində maraqlıdır. Çünki İrəvanı buna sövq edən qüvvələr var. Məqsəd bölgədə mümkün sülhün qarşısını almaqdır.

Bunu Teleqraf.com-a hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

O qeyd edib ki, Ermənistan tərəfi sərbəst qərar verə bilmir:

“Kənardan verilən göstərişlərin nəticəsi də belə olur. Bununla da Azərbaycanı məcbur edirlər ki, hələ də Ermənistanın işğalında qalan Qazaxın 7-i, Naxçıvanın Kərki kəndini hərbi müstəvidə geri alsın. İndiki təxribatlar da məhz buna hesablanıb”.

General hesab edir ki, Azərbaycan kəndlərinin geri alınması məsələsi gündəmdədir:

“Naxçıvan və digər istiqamətlərdə də erməni tərəfi atəşkəsi ona görə pozur. Təbii ki, bu, onlar üçün ağır nəticələrə səbəb olacaq. Başqa ölkələrdən alınan köhnə silahlarla Ermənistan arxayınlaşmamalıdır”.

Yaşar Aydəmirov bildirib ki, ermənilərin hərbi təxribatlarının nəticəsi olaraq genişmiqyaslı əməliyyatların başlaması ehtimalı azdır:

“Azərbaycanın belə bir hədəfi yoxdur. Ali Baş Komandan da bəyan edib ki, işğalda qalan kəndlərin azad olunmasından başqa Ermənistan ərazisində heç bir planı yoxdur. Həmin kəndlər təhvil verilməsə, Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələri, Komando bölmələri qısa bir zamanda bu istiqmətdə hərəkətə keçib lazımı fəaliyyət göstərəcək”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər